Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Batmış atom sualtı qayıqlar - SİYAHI

1955-2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batıb. Onlardan 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir.

Bütün gəmilər müxtəlif səbəblərdən batıblar: 3 gəminin batmasına texniki nasazlıq, 2 gəminin batmasına yanğın, 2 gəmi nin batmasına isə silahların partlaması səbəb olub. Bir gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş verib. Bu gəmi zədə almasa da, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılıb, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.

Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilib. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib. Gəminin batmasına dair mövcud olan bütün fikirlər və eləcə də rəsmi səbəblər qeyd olunub.

 

AdıBatma tarixiXüsusiyyətiBatma yeriHəlak olanlar (xilas olanlar)Batma səbəbiBatma dərinliyi
Flag of the United States.svg ABŞ
USS Thresher (SSN-593)
10 aprel 1963 SSN594.svg

4300 ton, 112 şəxs

Şimali Atlantik, Bostondan 220 mil qərbdə. 
129 Gəmi korpusunun bütövlüyünün itirilməsi, daxilə dəniz suyunun daxil olması.
2560 metr
Flag of the United States.svg ABŞ
USS Scorpion (SSN-589)
22 may 1968 SSN585.svg

3500 ton, 99 şəxs

Mərkəzi Atlantik ərazisi. Azor adalarından 400 mil cənub-qərbdə. 99 Gəminin batma səbəbi məlum deyil. Ehtimal olunur ki, "Mark-35" sualtı raketinin partlaması baş verib.
3000 metr
Flag of the Soviet Union.svg SSRİ
К-8
12 aprel 1970 November class SSN 627A project.svg

4750 ton, 104 şəxs

Biskay körfəzi ərazisi. İspaniya sahillərindən 490 mil şimal-qərbdə. 52 Gəminin üçüncü və yeddinci bölməsində qısa qapanma baş verib.
4680 metr
Flag of the Soviet Union.svg SSRİ 
K-27
Qəza 1968-ci ilin 24 may tarixində baş verib. Batma tarixi isə 1981-ci ilin 10 sentyabr tarixidir.
November class SSN 645 project.svg

4370 ton, 105 şəxs

Şimal Buzlu okeanı.
9+0 Sol bort reaktorunun istilik daşıyıcısının birinci konturunun tıxanması. 33 metr (digər mənbələrdə - 75 metr)
Flag of the Soviet Union.svg SSRİ 
K-219
6 oktyabr 1986 Yankee class SSBN.svg

500 ton, 119 şəxs

Mərkəzi Atlantik. 
4 (115) 6 nömrəli raket şaxtasına dəniz suyunun gəminin yuxarı hissəsindən daxil olması.
5500 metr
Flag of the Soviet Union.svg SSRİ 
К-278 "Komsomolets"
7 aprel 1989 Mike class SSN.svg

8500 ton, 60 şəxs

Norveç dənizi. 42 (27) Gəminin 7-ci bölməsində yanğının baş verməsi. Yanğın səbəbi məlum deyil.
1858 metr
Flag of Russia.svg Rusiya
К-141 "Kursk"
12 avqust 2000 Oscar II class SSGN.svg

860 ton, 130 şəxs

Barens dənizi. 
118 Gəminin 1-ci bölməsində partlayışın baş verməsi. Rəsmi açıqlama- Texniki səbəblərdən raketin partlaması.
108 metr
Flag of Russia.svg RusiyaК-159 30 avqust 2003 November class SSN 627A project.svg

4750 ton, 104 şəxs

Barens dənizi, Kildin adası yaxınlığında
9 (1)
İstifadə yerinə buksirlə dartma zamanı burun hissədəki pontonların (qayıqların) ayrılması səbəbindən ləpəyə davamlılığın itməsi.
248 metr(digər mənbələrdə - 170 metr)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır