

class="full-post-title">Pakistanda ada yoxa çıxıb
Oman dənizində, Pakistanın Qvadar şəhəri yaxınlığında 6 il əvvəl yaranmış "Zalzala Koh" adası yoxa çıxıb.
Bəlucistan və Sindh əyalətlərində 7,7 ballıq zəlzələdən sonra uzunluğu 40, hündürlüyü 20 metr olan oval ada yaranmışdı. NASA-nın peyk görüntülərində palçıq vulkanı əsasında yaranan adanın yoxa çıxdığı müəyyənləşib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır