Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Rusiya Prezidenti Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiq üçün Dumaya təqdim edib

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edilməsi üçün Dövlət Dumasına təqdim edib.

Bu barədə Dövlət Dumasının elektron məlumat bazasında qeyd olunub.

İzahat materiallarına görə, "Konvensiyada Xəzər dənizinin su bölgəsinin daşınma rejimini və kollektiv istifadəsi qaydalarını, ərazi sularının və balıqçılıq zonalarının sərhədlərini müəyyənləşdirmə mexanizmlərini, Xəzərin dibi və yeraltı ehtiyatlarının delimitasiyasını, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsinin şərtlərini və sahilyanı dövlətlərin əməkdaşlığının digər məsələlərini əks etdirən müddəalar var".

Müşayiət sənədlərində qeyd edilir ki, "Konvensiyaya uyğun olaraq, tərəflərin Xəzər dənizindəki fəaliyyətinin əsas prinsiplərinə, xüsusən tərəflərə aid olmayan silahlı qüvvələrin olmaması" daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır