Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Dəniz quldurları Norveç gəmisinə hücum edərək 9 dənizçini qaçırıb

Dəniz quldurları Qərbi Afrikada yerləşən Benin dövlətinin sahillərindən Norveçə məxsus gəmiyə hücum ediblər. 

APA “Reuters”ə istinadla xəbər verir ki, quldurlar gəmidən doqquz nəfər heyət üzvünü qaçırıblar.

Hadisə gəminin adıçəkilən akvatoriyada lövbər salarkən baş verib. Ekipaj üzvlərinin quldurlara qarşı müqavimət göstərmədiyi  bildirilib. 

Hazırda yerli hakimiyyət orqanları baş verən hadisənin təfərrüatını öyrənməyə çalışır. 

Girov götürülən dənizçilərin yaxınları ilə daimi əlaqə saxlanılır.

Qaçırılan dənizçilərin vətəndaşlığı barədə hələlik məlumat verilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır