Pakistanda gəmi aşıb
Pakistanda gəminin aşması nəticəsində 8 nəfər boğulub.
Bildirilib ki, hadisə ölkənin şərqində yerləşən Pəncab əyalətində Satlec çayında baş verib.
Hazırda axtarış-xilasetmə işləri aparılır. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır