Floridada iki yaxta yanıb
Floridada limanların birində 20 milyon dollar dəyərində iki yaxta yanıb. 161 metrlik “Lohengri”nin 16, 107 metrlik “Reflections”un isə 6-8 milyon dollar dəyərində olduğu bildirilir.
Dörd saat davam edən yanğınsöndürmə əməliyyatlarında 100-dən çox yanğınsöndürən əməkdaşı iştirak edib. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Yanğın anı ərazidəki videolarla qeydə alınsa da, hadisənin səbəbi bilinmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır