Qara dənizdə göyərtəsində 14 min qoyun daşıyan gəmi batıb
Rumıniya sahilləri yaxınlığında göyərtəsində 14 min qoyun daşıyan “Queen Hind” gəmisi çevrilib.
BBC xəbər verir ki, insanları və heyvanları xilas etmək üçün xüsusi əməliyyat hazırlanıb. Suriya vətəndaşı olan gəmi heyətinin 22 üzvünü xilas etmək mümkun olsa da, qoyunlardan yalnız bir neçəsi sağ qalıb.
Gəmi Rumıniyanın Konstansa şəhərindən Səudiyyə Ərəbistanının Ciddə рortuna yollanıb. Limandan bir neçə yüz metr aralandıqdan sonra çevrilib və yükü suya düşüb.
Hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır