Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-20,
Seanews
Heyder Eliyev

Türkiyə və Liviya Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşma imzalayıblar

Liviya Milli Hökumətinin prezident Şurasının sədri Fayez Al Sarrajı Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyıb Ərdoğanın qəbulunda olub.

Görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri ölkələr arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma Memorandumu, ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə iki ölkə dəniz sahəsində bir-birlərinin iqtisadi zonalarını tanıyacaqlar. Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır