“Maersk” şirkəti işçi heyətinin ixtisarını planlaşdırır
“Splash 24/7” mətbuat orqanının verdiyi məlumata görə, “Maersk” şirkəti heyətin ixtisarını planlaşdırır.
Bu proses şirkətin həm xarici nümayəndəlikləri həm də Kopenhagendəki baş ofisinə təsir edəcək. İxtisar Maerskin bu yaxında aldığı “Hamburg Sud” şirkətinin işçilərinə də şamil olunacaq.
"Maersk" daha öncə baş ofis üçün xərcləri azaltmağın vacibliyini, Danimarkada eləcə də xaricdə ixtisara səbəb olacaq amillər barədə elan vermişdi.
Şirkət planlaşdırılmış ixtisarın miqyası barədə hələ heç bir açıqlama verməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır