Don çayında iki gəmi toqquşub
Quru- yük gəmisi “Melita” və “VF 14” tankeri Don çayında toqquşub.
Gübrə daşıyan quru -yük gəmisi Türkmənistandan Ukraynaya üzürmüş. "İnterfaks"-ın verdiyi məlumata əsasən, qəzaya uğramış tanker də eyni gediş nöqtəsindən Rumıniyaya dizel yanacağı daşıyırmış.
Hər iki gəmidə 12 nəfərdən ibarət heyət olub. Qəza nəticəsində gəmilərin zədələnməsinə baxmayaraq xəsarət alan olmayıb və daşınan yüklərə ziyan dəyməyib.
Qəzanın səbəbi araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır