Fransada bərədə yanğın olub
Fransanın Le Havre limanından Fort De France şəhərinə gedən “RCC Passion” adlı bərədə yanğın olub. Yanğın Ushan adasından 40 mil qərbdə gəmi səfərdə olarkən baş verib.
"Seanews.az" xəbər verir ki, dərhal heyət üzvləri aidiyyatı qurumları məlumatlandırıb, hadisə yerinə helikopter və yanğınsöndürən gəmilər göndərilib. Yanğın söndürülüb.
Hadisə zamanı gəmidə 19 heyət üzvü, 2.195 nəqliyyat vasitəsi olub. Ölən və yaralananın olmadığı bildirilir.
Yanğınla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır