Taylandda gəmi qəzası neft sızmasına səbəb olub
Keçən həftə Son Duonq limanı yaxınlığında Taylanda məxsus gəminin batması nəticəsində Ha Tinhs sahilindən 3 kilometr aralıda yerləşən ərazi neft sızmasına məruz qalıb.
Bununla əlaqədar yerli balıqçılara və əkinçilərə dəniz suyundan istifadə etməmək məsləhət görülüb.
Hazırda yerli mütəxəssislər Mərkəzi Komitə, Natural Disaster Management departamenti və Vyetnam Milli Komitəsi ilə sızmanın təmizlənməsi üçün əməkdaşlığa başlayıb. Onlar baş verən fəlakətin daha da pisləşməsinin qarşısını almağa çalışırlar. Təmizləmə işlərinin bu ayın 15-nə qədər tamamlanacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır