Nigeriyanın Rivers əyalətində tərk edilmiş gəmi tapılıb
Qərbi Afrika ölkəsi Nigeriyanın Rivers əyalətində tərk edilmiş gəmi tapılıb. Gəmiyə baxış zamanı onun içərisində 11 cəsəd və bir neçə silah olduğu müəyyənləşib.
İcma İnkişaf Dərnəyi rəhbəri İloye Braide açıqlamasında bildirib ki, bir gün əvvəl bölgədə piratlarla dəniz qüvvələri arasında qarşıdırma baş verib. Braid cəsədlərin öldürülən dəniz quldurlarına aid ola biləcəyini deyib.
Rivers əyaləti polis sözçüsü Nnamdi Omoni isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, bölgədə nigeriyalı dəniz quldurları tərəfindən yük gəmilərinə basqın və qaçırma halları tez-tez baş verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır