İndoneziya sahillərində 3 bərə toqquşub
Dekabrın 3-də İndoneziyanın Bakauheni limanının cənub sahilində 3 bərə toqquşub.
Hadisə nəticəsində hər üç gəmiyə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti səbəb olub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Gəmilərin İndoneziya bayrağı altında üzdüyü bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır