Piratlar “Nave Constellation” tankerinə hücum ediblər
Piratlar Qərbi Afrikada Bonni limanının cənub istiqamətində “Nave Constellation” tankerinə hücum edərək 19 nəfərdən ibarət heyəti girov götürüblər.
Splash 24/7 xəbər agentliyinin məlumatına görə, heyət üzvlərinin 18-i Hindistan, biri Türkiyə vətəndaşıdır. Girov götürülən dənizçilərin taleyi barədə hələlik heç bir məlumat yoxdur.
Neft məhsulları daşıyan sözügedən gəmi “Navios Maritime Acquisition” şirkətinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır