Egey dənizində yük gəmisi çevrilib
Elefsis limanından Gemlik limanına polad daşıyan ümumi yük gəmisi “New Leo” Egey dənizində fırtınalı hava səbəbindən çevrilib.
Yunanıstan və Ukrayna Sahil Təhlükəsizlik qrupunun köməkliyi ilə gəmidə olan 14 nəfər heyət üzvü xilas edilib.
1997-ci ildə inşa olunan “New Leo”-nun uzunluğu 102,83, eni 15,85 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır