Dəniz quldurlarının 35 gün əvvəl qaçırdığı dənizçilər sərbəst buraxılıb
Bu ilin noyabrda Qvineya körfəzində Benin sularında Norveç bayraqlı “Bonita” adlı karqo gəmisindən qaçırılan 9 dənizçi 35 gün sonra sərbəst buraxılıb.
"Seanews.az" xəbər verir ki, bu barədə Norveç Dəniz İşləri Müdirliyi məlumat yayıb.
Qeyd olunub ki, dənizçilər zərər görməyib, onlar sağlam şəkildə ailələrinə təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır