Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

Yapon balıqçılar Hokkaydo adası ətrafında boş gəmi tapıblar

Yaponiyanın Hokkaydo adasının yaxınlığında bir ay əvvəl yoxa çıxmış rus kateri tapılıb. 
 
Məlumata görə, 26 oktyabrda rus balıqçılar 6 metrlik katerlə Primorskinin Çuquevka kəndində yerləşən Vladimir körfəzindən dənizə çıxıb. Katerdə altı nəfər olub. Onlar katerin sahibi Yevgeni Pyatışin, qardaşı Maksim, Andrey Poddubnı, "Proqress” zavodunun baş texnoloqu Andrey Yartsev, onun həmkarı texnoloq Dmitri Tujik və Aleksandr Oreşnikovdur.
 
Bir müddət sonra balıqçılarla əlaqə kəsilib. Rusiya tərəfi axtarışlara başlayıb. Axtarışa aviasiya və xeyli gəmi cəlb edilib. Lakin nəticə əldə olunmayıb. Bu gün isə yapon balıqçılar Hokkaydo adası ətrafında üzən bir gəmi tapıb. Gəminin göyərtəsində heç kim olmayıb. Ekipajın başına nə gəlməsiylə bağlı heç nə məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır