Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

Dəniz quldurları gəmiyə hücum etdi, 20 heyət üzvü qaçırıldı

London mərkəzli Union Maritime şirkətinə aid "Duke" adlı tanler Toqonun Lome sahillərində dəniz quldurlarının hücumuna məruz qalıb.

Piratlar gəmidəkı 21 ekipaj üzvündən 20-ni qaçırıblar. Məlumata görə, qaçırılan şəxslərin hamısı Hindistan vətəndaşlarıdır. Digər bir nəfər isə nigeriyalıdır.

Union Maritime şirkətindən bildirilib ki, qaçırılan dənizçilərin vəziyyətləri barədə məlumat öyrənmək üçün danışıqlar aparırılar.

Qeyd edək ki, 2003-cü ildə tikilən gəmi 140 metr uzunluğa, 23 metr enə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır