Ashod limanında fırtına səbəbindən gəmi saya oturub
İsrailin Ashdod limanında lövbərdə dayanmış Fuden gəmiçilik şirkətinə aid "Zelek Star" adlı gəmi güclü fırtına səbəbindən saya oturub.
Ərazidə hazırda dalğanın hündürlüyünün 4-6 metrə çatdığı bildirilir.
Hazırda gəmi və heyətin xilasedilməsi üçün iş aparılır. Son məlumata görə, heyət üzvlərinin vəziyyəti yaxşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır