İstanbul boğazında gəmi sahilə çarpılıb
Türkiyənin İstanbul boğazında “Songa İridium” adlı gəmi sahilə çarpılıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, qəza Sarıyer Aşianda olub.
Bildirilib ki, gəmi Ukraynanın Odessa limanından İstanbula gəlib. 23 633 qroston ağırlığında, 191 metr uzunluğunda olan gəmidə baş verən qəzanın səbəbi hələ ki məlum deyil.
Gəmi İstanbul boğazında, Rumeli hisarında lövbər salıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır