İrana məxsus gəmidə Mahaçqala limanında yanğın olub
Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala limanında İrana məxsus “Kasra 1” gəmisində yanğın baş verib.
Bununla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Cənub İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanğın söndürülüb və xəsarət alan olmayıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır