“Boat Show” keçiriləcək
Türkiyədə keçirilən ənənəvi “CNR Avrasya Boat Show”-nun qapıları 22 fevralda ziyarətçilərin üzünə açılacaq. Nəqliyyat və İnfrastruktur Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi “Boat Show”-nun təşkilati işlərini “Pozitif Fuarcılık” və “DENTUR” şirkətləri həyata keçirir.
“CNR Avrasya Boat Show” da 1.000-102 milyon lirə arasında qiymətlərə təklif edilən müxtəlif növ gəmilər sərgilənəcək.
Burada su nəqliyyat vasitələri ilə yanaşı, dənizçilik sektoruna aid hər şey yer alacaq.
Martın 1-dək davam edəcək sərgini 100 min adamın ziyarət edəcəyi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır