Yunan tankeri Yapon dənizinin Ulsan sahillərində qəzaya uğrayıb
Yunanıstanın “Valor” tankeri yanvarın 20-də Ulsan şəhərinə doğru üzərkən Yapon dənizində balıqçı gəmisi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, hadisə nəticəsində 6 nəfərdən ibarət heyəti olan balıqçı gəmisi ciddi zədə alıb. Lakin, o, “Gampo” limanına çata bilib.
“Valor” tankeri isə sahildə lövbərə dayanıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır