Konteyner gəmisində yanğın baş verib
Mozambikdən Keniyaya üzən “EM OINOUSSES” konteyner gəmisinin maşın şöbəsində yanğın baş verib.
Yanğın səbəbindən maşın şöbəsinə daxil olmaq mümkün olmayıb. Hadisə yerinə göndərilən iki yedək gəmisi gəmini sahilə çatdırıb.
Xəsarət alanlar barədə məlumat verilməyib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır