Konqoda gəmi batıb
Konqo Demokratik Respublikasının qərbində göldə gəminin batması nəticəsində azı 15 nəfər boğulub.
APA xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.
“30-dan çox adamı daşıyan gəmi güclü küləkdə hərəkət edərkən batıb”, - deyə İnonqo şəhər rəhbərliyinin nümayəndəsi Kosmo Mbo Vemba bildirib.
Onun sözlərinə görə, Mai-Ndombe gölündən 15 cəsəd çıxarılıb, itkin düşmüş hesab edilən digər sərnişinlərin də axtarışı aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır