Sinqapur boğazında iki gəmi toqquşub
Sinqapur boğazında “COSCO Shipping”-ə aid “Xin Jin Yang” və “Shing Yang Shipping”-ə məxsus “Danum 160” adlı konteyner gəmisi toqquşub. Qəza Karimunbesar adasının cənubunda baş verib.
"Seanews.az" xəbər verir ki, hadisə səbəbindən “Xin Jin Yang” gəmisi səfərini dayandırıb, “Danum 160” isə “Klang” limanından Malayziyanın Borneo adasına doğru səfərini davam etdirib.
Qəza zamanı hər iki gəmi eyni istiqamətə - İraqdan Çinə gedirmiş.
Gəmilərə ciddi ziyan dəymədiyi bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır