Danimarkada gəmiçilik şirkətləri qadın işçilərin sayını artıracaq
Danimarkada dənizçilik şirkətləri gender bərabərliyinə riayət etməyə dair öhdəlik götürüb.
"Seanews.az" xəbər verir ki, bununla bağlı Danimarka Gəmi Mülkiyyətçiləri Birliyi və dənizçilik şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə 14 şirkət imza atıb.
Sənədə əsasən nəqliyyat şirkətləri qadınların sayını artırmaq, onların fəaliyyətlərini dəstəkləmək üçün təşəbbüslər göstərməli, xüsusi strategiya və ya plan hazırlamalıdır.
Hazırda Danimarkada dənizdə işləyənlərin cəmi 7 faizini qadınlar təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır