Beynəlxalq Dəniz Təşkilatı ilə Qadın İşçi Birliyi anlaşma memorandumu imzalayıb
Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə Qadın İşçi Birliyi (WISTA) anlaşma memorandumu imzalayıb.
Memoranduma əsasən, hər iki təşkilat dənizçilik sektorunda gender bərabərliyini təşviq etmək üçün sıx əməkdaşlıq edəcək.
Sənəddə dənizçilik sektorunda çalışan qadınların sayı haqqında məlumat toplamaq və təhlil etmək üçün ortaq araşdırmanın araşdırılması, yeni emalatxanaların təşkili, təlim və seminarlarda qadınıların iştirakı və inkişafı, dənizçi qadın mütəxəssislərin məlumat bazasının yaradılması kimi məsələlər əksini tapıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır