"Natalia" gəmisi çürüyürək batır - FOTOlar
Qara dənizdə İstanbulun Şile rayonu sahillərində saya oturan Komor Adalarına məxsus “Natalia” adlı karqo gəmisinin yuxarıdan çəkilmiş yeni fotoları yayılıb.
Fotodan məlum olur ki, gəmi artıq çürüməyə başlayıb və böyük hissəsi suda batıb.
Qeyd edək ki, gəmi güclü fırtına səbəbindən 2018-ci ilin dekabrında saya oturmuşdu. Hadisə zamanı "Natalia"nın göyərtəsində olan 16 nəfər heyət üzvü xilas edilmişdi. Saya oturan 127 metrlik gəmi tamamilə sahibsiz vəziyyətdə tərk olunmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır