Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-11,
Seanews
Heyder Eliyev

Melburn limanına 83,6 milyon dollar ayrılıb

Avstraliya hökuməti Melburn limanına 83,6 milyon dollar ayırıb.  

“Seanews.az” xəbər verir ki, bu vəsait yeni liman-dəmiryolu transformasiya layihəsinə sərf olunacaq.

Melburn limanının direktoru Brendan Bourke bildirib ki, dəmir yolu layihəsi limanın nəqliyyat və təchizat zənciri şəbəkəsinin vacib hissəsi olacaq.

Bourkenin sözlərinə görə, yeni layihə  konteynerlərin daha səmərəli daşınmasına imkan verəcək, yük maşınlarının sıxlığı aradan qalxacaq və çirklənməni azaltmaqla ekoloji fayda verəcək.

Layihənin üç il ərzində tamamlanması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır