Yaponiyadan Avstraliyaya gedən gəminin kapitanı yoxa çıxıb
Yaponiyanın Nanao limanından Avstraliyaya doğru gedən “Rising Wind” gəmisinin kapitanı itkin düşüb.
“Seanews.az” xəbər verir ki, kapitanın itkin düşdüyü məlum olduqdan sonra heyət dərhal gəminin aid olduğu şirkətə bu barədə məlumat verib.
Artıq ABŞ Sahil Mühafizəsi və ABŞ Hava Qüvvələri axtarış və xilasetmə işlərinə başlayıb.
Gəmi heyəti kapitanı sonuncu dəfə öz kayutunda görüb. Heyət üzvlərinin sözlərinə görə, kapitan xəstə olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır