Dəniz quldurları “Alpine Penelope” tankerinə hücum ediblər
Fevralın 20-də “Alpine Penelope” tankeri Kotonu limanında (Benin) dəniz quldurlarının hücumuna məruz qalıb.
Hadisə zamanı gəmidə 24 nəfərdən ibarət heyət var idi. Heyət üzvlərinin arasında Ukrayna, Gürcüstan və Filippin vətəndaşları da olub.
Quldurlar heyətin on nəfər üzvünü girov götürüblər.
Son verilən məlumata görə, tanker heç bir gəminin muşayiəti olmadan, öz axarıyla Nigeriyanın Laqos limanında üzür.
Hücum digər təfərrüatları barədə hələlik məlumat yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır