Rusiyanın Tuapse limanından İspaniyanın Taragona limanına gedən gəmi mexaniki problemlə üzləşib
Sinqapur şirkətinə aid “Leon Zeus” adlı tanker Yunanıstanın cənubunda Peloponnes sahillərində Aralıq dənizində mexaniki problemlə üzləşib.
“Seanews.az” xəbər verir ki, yaranmış problemin həll olunması üçün gəmi Kalamataya aparılıb. Hazırda tanker təmir edilir.
Rusiyanın Tuapse limanından İspaniyanın Taragona limanına gedən “Leon Zeus” gəmisində hadisə zamanı 32,000 ton yük olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır