Nigeriyada 33 dəniz qulduru tutulub
Qərbi Afrika ölkəsi Nigeriyada 33 dəniz qulduru tutulub.
“Seanews.az” xarici KİV-lərə istinadən xəbər verir ki, Delta əyalətində keçən həftə qaçırılan 10 dənizçinin axtarış-xilasetmə işləri çərçivəsində dəniz quldurlarına qarşı əməliyyat təşkil olunub.
Əməliyyat zamanı 33 pirat tutulub, 3 gəmi, silah-sursat ələ keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır