Cənubi Koreya Kolumbiyaya gəmi bağışlayacaq
Cənubi Koreya Kolumbiya Hərbi Dəniz Qüvvələrinə iki donanma arasındakı dəniz əlaqələrini inkişaf etdirmək üçün 2020-ci ilin sonunadək bir korvet bağışlamağı planlaşdırır.
Bağışlanacaq gəmi 2018-ci ildə istismara verilən “Pohang” sinfinə məxsus “İksan” (PCC-768) korveti olacaq.
Qeyd edək ki, bu barədə razılaşma Kolumbiya prezidenti İvan Duque və Cənubi Koreya Baş naziri Li Nakyon arasında ötən il baş tutan görüşdə əldə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır