Türkiyədə güclü fırtına səbəbindən gəmi-bərə saya oturub
Çanaqqala boğazı yaxınlığında Türkiyəyə məxsus “Aydın Kaptan-2” bərəsi saya oturub.
“Seanews.az” xəbər verir ki, hadisə güclü fırtına səbəbindən baş verib.
Bərənin xilasedlməsi üçün Sahil Təhlükəsizliyi Xidməti əraziyə qayıq göndərib.
Gəminin içərisində çoxlu maşın və sərnişin olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır