Qazaxıstanın “Kaşaqan” yatağında səmt qazının emalı zavodu tikiləcək
Qazaxıstanın Atırau vilayətindəki “Kaşaqan” yatağında səmt qazının emalı üzrə zavod tikiləcək.
Zavodun tikintisi layihəsinin 2021-ci ilin sonunadək tamamlanması planlaşdırılır.
Zavodun emal gücü ildə 1 milyard kubmetr təşkil edir. Ümumi sərmayə həcmi 860 milyon ABŞ dollar olan layihənin investoru “GPC İnvestisiya “MMC-dir.
Qeyd edək ki, “Kaşaqan”ın ehtiyatının 4,8 milyard ton neft olduğu təxmin edilir. Təbii qaz ehtiyatı isə 1 trilyon kubmetrdən çoxdur.
Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır