Braziliyada turist gəmisi çayda batıb
Braziliyanın Para əyalətində turist daşıyan gəmi çayda batıb. Hadisə nəticəsində 15 nəfər ölüb.
"Seanews.az" xəbər verir ki, qəza zamanı gəminin göyərtəsində təqribən 70 nəfər olub.
Məlumata görə, gəmi iki gün əvvəl Amapa vilayətindən yola düşüb. Hadisənin səbəbləri məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır