Qara dənizdə yük gəmisində partlayış baş verib
Qara dənizdə Kerç boğazında lövbərdə duran “Al-Khani” adlı yük gəmisinin maşın şöbəsində partlayış baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə zamanı gəminin ikinci mexaniki yaralanıb. O, Kerç xəstəxanasına çatdırılıb.
Partlayış fevralın 28-də olub, lakin bu barədə ictimaiyyətə yalnız martın 2-də xəbər verilib. Hadisəyə baxmayaraq, gəmi fevralın 29-da Ukraynanın Berdyansk vilayətinə üzüb.
Sözügedən gəminin Suriyaya məxsus olduğu və Liviya şirkəti tərəfindən idarə edildiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır