Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Koronavirus xəstələri adada yerləşdirəcək

İndoneziya hakimiyyəti koronavirusa yoluxanları heç kimin yaşamadığı Qalanq adasında yerləşdirməyi planlaşdırır.

Bu barədə “Jakarta Post” qəzeti ölkənin silahlı qüvvələrinin baş komandanı Xadi Tyadjantoya istinadən bildirib.

Tyadjanto qeyd edib ki, koronavirusa yoluxanların yerləşdiriləcəyi xəstəxananın Qalanq adasında bir neçə binası qalmaqdadır. Bu binalar 1979-1996-cı illərdə Vyetnamdan olan qaçqınlar üçün düşərgə kimi istifadə olunub.

Baş komandan əlavə edib ki, hospital həmçinin karantin mərkəz kimi işləyəcək.

Qeyd edək ki, İndoneziyada da koronavirusa yoluxma aşkarlanıb. Hazırda ölkədə iki koronavirus xəstəsi var. 

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır