

Gəminin yükünü satan suriyalı kapitan saxlanılıb
Fevralın 20-də Türkiyədən 3 min ton dəmir yükü ilə Liviyaya doğru gedən "Lady Marıa" adlı gəminin kapitanı tutulub. O, idarə etdiyi gəminin adını və IMO nömrəsini dəyişməkdə, saxta sənəd təşkilində və bu yolla gəminin yükünü 1.238.528 dolar qarşılığında başqa bir şirkətə satmaqda günahlandırılır.
Saxlanılan şəxs Suriya vətəndaşı Mustafa Hassan Shadeh bildirib ki, o, əməlini gəmi sahibini məlumatlandırmaqla həyata keçirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır