Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Gəmidə nağdsız əməliyyatlardan istifadə imkanları yaradılır

Yaponiyanın “Nippon Yusen Kaisha” (NYK) və Filippinə məxsus “Transnational Diversified Group” (TDG) şirkətləri gəmilərdə nağdsız əməliyyatların istifadə imkanlarını genişləndirmək üçün “MarCoPay” adlı platforma hazırlayıblar.

 “Seanews.az” xəbər verir ki, platformanın ilk istifadəçiləri onun yaradıcıları olub.  “MarCoPay” vasitəsilə bir neçə gəmi üçün zəruri məhsullar alınıb.

“NYK” və “TDG” bildirib ki, platformanın köməkliyilə xaricdəki vəsaitləri dənizçilərin ailə üzvlərinə köçürmək, habelə gəmidə nağdsız əməliyyatlar imkanlarını genişləndirmək mümkün olacaq.

“NYK” şirkəti “MarCoPay” ödəmə platformasını dünyanın bütün aparıcı gəmi şirkətlərinə və gəmi operatorlarına təklif etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır