Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Dünyanın ən məşhur şəlalələrindən biri susuz qalıb

Argentina ilə Braziliya arasında yerləşən dünyanın ən məşhur şəlalərindən olan İquasu susuz qalıb.

Bu barədə İquasu parkının intendantı Serxio Akosta deyib.

"Son günlər şəlalə əvvəlki kimi görünmür. Əvvəl adi su axını 1500 kub metr təşkil edirdisə, indi rəqəm 280-ə düşüb və mənzərə tamamilə dəyişilib. Buna Braziliya tərəfinin suvarma və elektrik enerjisi üçün şlüzlərini bağlaması səbəb olub. Bundan başqa son iki ayda intensiv yağışlar da azalıb”, - Akosta bildirib.

Qeyd edək ki, İquasu şəlaləsi sonuncu dəfə 2006-cı ildə belə susuz qalmışdı.

Axar.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır