Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Uhanda sualtı qayıq istehsalçıları fəaliyyətini bərpa edib

Çin yeni növ koronavirusdan (COVID-19) qurtulmağa davam edərkən hazırda qlobal xəstəliyin başladığı şəhər hərbi və ticari məqsədlər üçün gəmi istehsalını artırmaqdadır.

Bu barədə Çinin dövlət tərəfindən idarə olunan “Global Times” nəşri məlumat verib.

Bildirilir ki, Uhandakı gəmi və sualtı qayıq inşa edən zavodlar aprelin 3-dən etibarən işləməyə başlayıb. Nəşr Çin Dövlət Gəmiqayırma şirkətinin şəhərdə fövqəladə vəziyyət zamanı itirilən vaxtı kompensasiya etməyə çalışdığını və adı açıqlanmayan böyük bir layihəni davam etdirdiyini qeyd edib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır