Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Qadınlardan ibarət ilk heyət patrul qayığında kurs keçməyə başlayıb

Qara dəniz donanmasının “Raptor” adlı yeni patrul qayığının ilk qadın heyəti Sankt-Peterburqdakı Rusiya Hərbi Dəniz Qüvvələrinin Təlim Mərkəzində naviqasiya kursu keçməyə başlayıb.

"Seanews.az" xəbər verir ki, hazırda gəmi komandiri Anna Brikez, köməkçi Yuliya Kuroçkina və motorçu Olqa Çulkova gəmi naviqasiyası və onun təhlükəsizliyinin əsas prinsiplərini öyrənirlər. Ayrılıqda, qızlar gəmi və enerji sistemlərinin radio-texniki təchizatı ilə məşğul olurlar.

“Raptor” tipli patrul qayıqları yüksək idarəetmə və manevr xüsusiyyətləri ilə fərqlənir. Bu qayıqlar hərbi personalın daşınması, patrul xidmətinin həyata keçirilməsi, həmçinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün nəzərdə tutulub.

Sözügedən qayığın sürəti 50 uzeldir. Qayığın şüşələri güllə keçirməyən şüşədən hazırlanıb. Bundan əlavə, qayıq iki pulemyotla təchiz olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır