Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Sinqapur üzən platformaları yataqxanaya çevirir

Sinqapurun Dəniz və Liman İdarəsi (MPA) koronavirus epidemiyası səbəbindən iş yerləri bağlanmış sağlam xarici işçilər üçün iki üzən platformanı yataqxana qismində istifadəyə verib.

"Seanews.az" xəbər verir ki, “Bibby Progress” və “Floatel Triumph” üzən platformaları  “Tandjong Pagar” limanının ərazisinə gətirilib. Hər platformaya 500 nəfərə qədər insan yerləşir. İşçilər bura yerləşdirilmədən öncə  koronavirusun yayılmasının qarşısını almaq üçün lazımi tibbi müayinələrdən keçəcək.

Sahilə yaxın olan klinika paltformaya lazımi tibbi yardım göstərəcək.

Sözügedən layihə terminal operatoru “PSA Singapour”, gəmi tikintisi şirkəti “Keppel Offshore & Marine”, “Bibby Maritime” və “The Ascott” şirkətləri ilə birgə həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır