Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Arxangelskdə gəmi qarət olunub

Arxangelskdə elmi-tədqiqat gəmisindən yedəkləmə prosesi zamanı 2 milyon rubl dəyərində, ümumi çəkisi 36 ton olan yanacaq oğurlanıb.

"Seanews.az" xəbər verir ki, hadisənin gəminin 2 heyət üzvü və gəminin kapitanı tərəfindən törədildiyi məlum olub. Onlara müvafiq maddələrlə cinayət işi açılıb.

İstintaqın nəticələrinə görə, P.P.Şirşov adına okeanologiya institutu ilə Rusiya Elmlər Akademiyası arasında bağlanmış dövlət müqaviləsinə əsasən elmi-tədqiqat gəmisi yanacaqla təmin olunmalı idi.  Kapitan və baş mexanik Arxangelskdə limanda gəmini yanacaqla doldurarkən yanacağı oğurlayıb başqa gəmiyə satıblar. Bağlanmış müqaviləni isə saxtalaşdıraraq səhv məmlumatlar daxil ediblər.

Dəymiş ziyanın məbləği istintaq zamanı geri qaytarılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır