Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Gəmi-bərə hospitala çevrilir

“Stena Ro-ro” bərə operatoru İsveç, Norveç, Danimarka və Almaniyanın səlahiyyətli şəxslərinə ona məxsus “Stena Saga” gəmi-bərəsini hospital kimi fəaliyyətə verməyi təklif edib.

“Stena Line” şirkəti koronavirusun yayılması səbəbindən Oslo-Hamina marşrutu bağlandığı üçün ona məxsus “Stena Saga” gəmi-bərəsini özünün alt şirkəti olan “Stena Ro-ro”-ya istifadəyə verib.

Hazırda sözügedən gəmi İsveçin “Uddevalla” limanında dayanıb və gəminin hospitala çevrilməsi imkanları araşdırılır.

Gəminin hospitala çevrilməsi üçün rabitə və havalandırma sistemlərinin yenilənməsi lazım olduğundan bu proses bir neçə həftə davam edə bilər.  Gəmidə ciddi reanimasiya şəraiti tələb olunmayan 500 nəfərə qədər xəstə yerləşdirilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır