Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Şimal Buzlu okeanı 2050-ci ildə buz örtüyündən məhrum ola bilər

2050-ci ildə Şimal Buzlu okeandakı buzlar tam əriyəcək və qış ərəfəsində yenidən buzlaqlar əmələ gələcək.

"Seanews.az" xəbər verir ki,  Almaniyanın Hamburq Universitetindən Dirka Notçun rəhbərliyi altında çalışan dünyanın 21 tədqiqat institutunun alimləri belə bir proqnozla çıxış ediblər. Onların elmi araşdırmalarının nəticələri “Geophysical Research Letters”də çap olunub.

Alimlər atmosfera atılan dəm qazının müxtəlif həcmlərini hesablamaqla Arktikadakı mümkün dəyişikliyi əks etdirən 40 müxtəlif iqlim modelinin təhlilini aparıblar. Yüksək həcmdə tullantıların kompyuter simulyasıyası zamanı Arktikada buz yayda daha tez əriyib. Ancaq gözlənilmədən aydın olub ki, hətta tullantılar azaldılsa belə buz ilin isti vaxtlarında tez əriyib yoxa çıxacaq.  

“Əgər biz tez və əhəmiyyətli dərəcədə qlobal tullantıları aşağı sala bilsək və qlobal istiləşməni sənayeləşməyə qədərki dövrlə müqayisədə 2 dərəcə Selsi aşağı sala bilsək, Arktikanın dəniz buzları bütün hallarda yayda yoxa çıxacaq, bu hətta 2050-ci ilə qədər başlayacaq. Bu həqiqətən bizi heyrətləndirdi”, - deyə tədqiqatın rəhbəri Dirk Notç bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır